"Formula 1"də 2026-cı ildə Madrid Qran-prisi olacaq

"Formula 1" rəhbərliyi 2026-cı ildən İspaniyada iki yarış keçirəcək.

Newsport.az "OK Diario" nəşrinə istinadən xəbər verir ki, Madrid Qran-prisi həmin tarixdə təqvimə daxil ediləcək.

Mərhələ Valdebebas ərazisindəki şəhər trekində gerçəkləşəcək. Qərarın bu həftə elan olunacağı gözlənilir.

"Formula 1"də Barselonada keçirilən Qran-pri ilə müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub. Bu da ölkəyə eyni anda iki yarışa evsahibliyi etmək imkanı verir. Barselona mərhələsinin İspaniya Qran-prisi adını saxlayacağı da vurğulanıb.

Qeyd edək ki, başa çatan mövsümdə "Red Bull" pilotu Maks Ferstappen çempion olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right