"Xarı Bülbül" "Neftçi"yə qalib gəldi

Kişi voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub.

Newsport.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan görüşdə “Neftçi” və “Xarı Bülbül Şuşa” klubları üz-üzə gəliblər.

Ölkəmizi avrokubokda təmsil etmiş “Xarı Bülbül Şuşa” çempionatdakı ilk qarşılaşmasına yaxşı başlayıb və birinci seti 25:21 hesabı ilə aktivinə yazıb. Gərgin keçən ikinci hissədə isə “Neftçi” 27:25 hesabı ilə üstün olub. Şuşa təmsilçisi yenidən təşəbbüsü ələ keçirərək növbəti setləri də qalib başa vurub – 25:15, 25:18. Beləliklə, “Xarı Bülbül Şuşa” 3:1 hesablı qələbə ilə həm də çempionatda ilk xallarını qazanıb.

Turnir cədvəlinə 8 xalla “Azərreyl” başçılıq edir. “Murov Az Terminal” 5 xalla ikinci, hərəyə 4 xal toplamış “Neftçi” və “Xarı Bülbül Laçın” klubları üçüncü və dördüncü yerləri bölüşürlər. 3 xalı olan “Xarı Bülbül Şuşa” 5-ci, keçirdiyi bütün oyunlarda məğlub olan MOİK isə sonuncu pillədə qərarlaşıb.

“Neftçi” – “Xarı Bülbül Şuşa” 1:3 (21:25, 27:25, 15:25, 18:25).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right