Azərbaycan idmançısı dünya çempionu oldu

Azərbaycan Karate Federasiyasının idmançısı Nəzrin Hacıyeva kyokuşin-kan karate üzrə dünya çempionatının qızıl medalını qazanıb.

Newsport.az xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən yarışda mübarizə aparan təmsilçimiz 14-15 yaş qrupunda, -45 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib.

Milli komandamızın digər üzvü, Xətai İdman Mərkəzinin yetirməsi, Dünya Qran Prisinin gümüş medalçısı olmuş Cəmil Kazımlı isə +65 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, komandamız yarışa Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right