EEVZA: Azərbaycan millisi bu gün Litva ilə qarşılaşacaq

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün dördüncü oyununa çıxacaq.

Newsport.az-ın məlumatına görə, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Litva ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Milli ilk üç turda Latviya, Ukrayna və Estoniyaya 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right