MOİK “Neftçi”yə qarşı

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib.

Newsport.az xəbər verir ki, ölkə çempionatının növbəti matçları noyabrın 22-də və 23-də təşkil olunacaq.

Bu gün (22 noyabr) MOİK Yüksək Liqadakı növbəti matçında “Neftçi” ilə üz-üzə gələcək. Oyun saat 18:00-da başlayacaq.

Noyabrın 23-də isə ilk olaraq meydana “Azərreyl” və “Murov Az Terminal” komandaları çıxacaq. Matç saat 16:00-da başlayacaq. Günün növbəti qarşılaşması isə “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları arasında olacaq. Saat 19:00-da başlayacaq bu oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Hər üç görüş GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq.

Yüksək Liqa (kişilər)

22.11.2023
18:00. MOİK – “Neftçi”
23.11.2023
16:00. “Azərreyl” – “Murov Az Terminal”
19:00. “Xarı Bülbül Şuşa” – “Xarı Bülbül Laçın”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right