EEVZA: Azərbaycanın voleybol millisi ikinci oyununa çıxacaq

Bu gün 18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Ukrayna ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da start götürəcək. Yığma ötən gün meydan sahibi Latviyaya 0:3 hesabı ilə uduzub.

Milli noyabrın 26-dək davam edəcək çempionatda Gürcüstan, Litva, Estoniya və Polşaya qarşı da mübarizə aparacaq.

AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right