"Müəyyən vaxtdan sonra hər şey yoluna düşəcək" "Gəncə"nin oyunçusu

"Gəncə" Basketbol klubunun oyunçusu Derek Rouds komandasının çıxışından söz açıb. Newsport.az xəbər verir ki, amerikalı basketbolçu komandanın çempionata uğursuz startı ilə bağlı ünvanlanan sualı cavablandırıb:
 
"Mövsümün əvvəlində zədəli basketbolçularımız oldu. Nəticədə müəyyən vaxtda hamımız bir yerdə məşq edib hazırlaşa bilmədik. Bu səbəbdən də arzulanan kimi çıxış etmək mümkün olmadı. Komandanın nəticə qazanması üçün təcrübə əsas açardır. Yeni və gənc oyunçulardan ibarət komandanın nəticə qazanması üçün təcrübə əsas açardır.
 
Heyətdə istedadlı uşaqlar var, onlar hələ bir-birilərinə tam uyğunlaşmayıblar. Bir nöqtəyə gəlib çıxmaq üçün bizə təcrübə qazanmaq vacibdir. Zamanla komanda formalaşır, basketbolçular kollektivə öyrəşirlər. Startımız uğurlu alınmayıb. Bu, təbii ki, bizi narahat edir. Amma müəyyən vaxtdan sonra hər şey yoluna düşəcək. Toparlanmalıyıq, qələbələrə doğru birgə addımlamalıyıq".
 
30 yaşlı hücumçu komandanın ardıcıl səfərdə oynamasına da münasibət bildirib:
 
"Çempionata evdən kənarda başladıq və elə də davam etdi. Üç matç səfərdə oynamışıq. Düzdür, marafon uzundur. Artıq bu həftəsonu Gəncədə meydana çıxacağıq. Meydan və azarkeş amili tərəfimizdə olacaq. Enerjimiz və emosiyalarımız çox olacaq və düşünürəm ki, bu, bizim xeyrimizə işləyəcək. Yaxşı bir şeyin başlanğıcı olacaq".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right