Azərbaycan sumo yığması Avropa birinciliyində ikinci yeri tutub

Azərbaycan sumoçuları İsveçrənin Renan şəhərində keçirilən U-18 yeniyetmələr arasında Avropa birinciliyində 7 medal qazanaraq, ümumi hesabda ikinci yeri tutublar.

Newsport.az-ın məlumatına görə, idmançılar 2 qızıl, 3 gümüş, 2 bürünc medal əldə ediblər.

Rauf Yadigarlı (mütləq çəki) və Cavidan Nəhmətov (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Coşqun Kəlbiyev (55 kq), Kamran Rəcəbli (70 kq) və Abdullah Şərif (90 kq) ikinci, Rauf Yadigarlı (+100 kq) üçüncü yeri tutub.

Komanda yarışında isə Rauf Yadigarlı, Məhəmməd Təmirov, Abdullah Şərif və Əli Hümbətzadədən ibarət kollektiv bürünc medala sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right