Azərbaycan millisi Belçikaya böyük hesabla uduzdu

Basketbol üzrə Azərbaycanın qadınlardan ibarət milli komandası AVRO-2025-in seçmə mərhələsi çərçivəsində ikinci görüşünü keçirib.

Newsport.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv Bakıda Belçikanı qəbul edib. Yığma komandamız son Avropa çempionuna böyük hesabla məğlub olub - 28:136.

Millimiz ilk turda Litvaya səfərdə 62:99 hesabı ilə uduzmuşdu. Qrupdakı digər rəqibmiz isə Polşa yığmasıdır. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right