"Azərreyl" İspaniya klubunu məğlub etdi

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu avrokubokda növbəti oyununa çıxıb. 

Newsport.az xəbər verir ki, ölkəmizi Çelenc kubokunda təmsil edən komandamızın 1/16 finaldakı rəqibi İspaniyanın  “Avarca de Menorca” klubudur. Cütün ilk qarşılaşması bu gün baş tutub.

Voleybol Mərkəzində təşkil olunan görüş qonaqların üstünlüyü ilə başlayıb və rəqib ilk setdə 25-23  hesabı ilə qalib gəlib. Lakin komandamız sonradan təşəbbüsü ələ alıb və ikinci hissədə 25-15 hesablı qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib. Növbəti setlərdə də komandamız  üstünlüyü əldən verməyib və meydandan qalib ayrılıb (25-19, 25-23). Beləliklə, “Azərreyl” ilk oyunda rəqibini 3:1 hesabı ilə məğlub edib. 

Cütün cavab matçı bir həftə sonra İspaniyada baş tutacaq.

Çelenc kuboku
1/16 final (1-ci oyun)
9 noyabr
“Azərreyl” - “Avarca de Menorca” 3:1 (23:25, 25:15, 25:19, 25:23)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right