Məğlubiyyətsiz "Xəzri" çempionatın vahid lideridir

Bu gün Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 3-cü turunun açılış oyunu baş tutub.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu "Xəzri" səfərdə "Cəlilabad" klubu ilə qarşılaşıb. Oyuna üstün başlayan debütant "Xəzri" yekunda rəqib üzərində 89-79 hesablı qələbəyə sevinib.

Ən məhsuldar basketbolçular: "Cəlilabad" (Rişon Conson - 27 xal, 7 ribaund), "Xəzri" (Amil Həmzəyev - 20 xal, 10 ribaund)

Qeyd edək ki, üçüncü turun növbəti oyunları ("NTD-INDIGO" - "Gəncə", "Sərhədçi" - "Sumqayıt", "Neftçi" - "Şəki", "Xırdalan" - "Sabah") 9, 10 və 11 noyabr tarixində baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right