"Azərbaycan millisi üçün amerikalı və türkiyəli idmançıları milliləşdiriblər"

Qadın basketbolçulardan ibarət Litvanın baş məşqçisi Rimantas Qriqas AVRO-2025-in seçmə mərhələsində C qrupunda Azərbaycan yığmasına qarşı keçiriləcək görüşlə bağlı danışıb.

Newsport.az “Delfi”yə istinadən xəbər verir ki, litvalı mütəxəssis millimizlə bağlı bunları deyib:

"Azərbaycan millisi üçün 3x3 basketbol üzrə "Neftçi"də çıxış edən üç amerikalı və bir neçə gənc türkiyəli idmançını milliləşdiriblər. Amma biz Azərbaycan millisinin özünü görməmişik, çünki əvvəllər haradasa oynayıbsa da, ondan xəbər yoxdur. Azərbaycanda yaxşı qadın basketbolu yoxdur. Təbii ki, Türkiyə ilə əməkdaşlıq etməklə onu inkişaf etdirmək olar. Heç kimə sirr deyil ki, onlara məşhur basketbol agenti Virginiyus Bulotas məsləhət görür".

Litva - Azərbaycan oyunu noyabrın 9-da Vilnüsdə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right