Dünya çempionatı: millimiz Qazaxıstanı məğlub etdi

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan çövkən üzrə dünya çempionatında II turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Binə Atçılıq Mərkəzində təşkil olunan yarışın ikinci günündə 3 qarşılaşma baş tutub. İlk görüşdə Azərbaycan və Qazaxıstan yığmaları üz-üzə gəliblər. Matç millimizin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Günün digər oyunlarında Mərakeş Polşanı 4:0, Özbəkistan isə Türkiyəni 3:0 hesabı ilə məğlub ediblər.

Noyabrın 8-də 3-cü yer uğrunda Polşa və Özbəkistan, finalda isə Azərbaycan və Mərakeş komandaları qarşılaşacaqlar.

Sabah isə festival çərçivəsində cıdır və yorğa qaçışlarına start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right