Millimizin baş məşqçisi: "Azərbaycanı layiqli şəkildə təmsil edəcəyik"

Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının (EUROBASKET 2025) seçmə mərhələ oyunları üçün Litvaya gedib.

Newsport.az-ın məlumatına görə, yığmamız artıq Vilnüs şəhərindədir. Millimizin baş məşqçisi Evren Alkayan ilk görüşdən öncə öz fikirlərini bildirib. Türkiyəli mütəxəssis Azərbaycanı layiqli şəkildə təmsil edəcəklərini deyib:

"Əvvəlcə, bütün Azərbaycan xalqının zəfər bayramını təbrik edirəm. Avropa çempionatının seçmə mərhələsi ilə əlaqədar Azərbaycanda 25 günlük təlim-məşq toplanışı keçirdik. Bəzi oyunçular öz klublarının heyətlərində oyuna çıxdıqlarına görə təlim-məşqə qatıla bilmədi. Buna baxmayaraq, 25 gün ərzində çox ciddi hazırlaşdıq. Bu müddətdə 2 hazırlıq görüşündə də qüvvəmizi sınadıq. Artıq komandada anlaşma səviyyəsi də yüksəkdir. Seçmə mərhələdə rəqiblərə qarşı taktiki gedişlərimizi də basketbolçularımıza aşıladıq. Həqiqətən də çətin bir turnir olacaq. Amma burada Azərbaycanı təmsil edəcəyimizə görə qürur hissi keçirəcəyik. Burada oynamaq üçün bizə şərait yaratdığına görə Azərbaycan  Basketbol Federasiyasına təşəkkür edirik. Burada bizi hazırkı Avropa çempionu Belçika ilə yanaşı səviyyəcə bir-birinə yaxın Polşa və Litva komandalarına qarşı oyunlar gözləyir.  İlk oyunumuzu Litva millisinə qarşı keçirəcəyik.  Rəqibin oyununu yaxşıca təhlil etmişik. Onların qarşısını kəsmək üçün mübarizə aparacağıq. Burada Azərbaycanı layiqli şəkildə təmsil edəcək və ürəklə oynayacağıq. Komandama güvənirəm. Bu, hələ bizim üçün başlanğıcdır. Qarşıdakı illərdə daha güclü komandaya çevrilmək əlimizdən gələni edəcəyik. 2025-ci ildə keçirəcəyimiz oyunlarda indiki ilə müqayisədə daha yaxşı olmalıyıq”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right