“Gəncə”də yeni kapitan

“Gəncə” voleybol klubunun kapitanı dəyişib.

Newsport.az xəbər verir ki, Gəncə təmsilçisini Azərbaycan Yüksək Liqasının oyunlarına millimizin üzvü Leyla Parşkova çıxaracaq.

Daha əvvəl komandanın kapitanı yığmamızın digər üzvü Nərmin Fərəcova idi. Bir neçə gün əvvəl voleybolçu klub ilə yollarını qarşılıqlı razılaşma əsasında ayırıb.

Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” daha əvvəl braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva, Anna Balberova, Anna Dmitrieva və Vitalina Andreyanenkovanı heyətinə qatıb. Komandaya belaruslu baş məşqçi Sergey Çasnavitski rəhbərlik edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right