AVF-nin vitse-prezidenti: "Əksər ölkələrdə legioner oyunçular var"

"Demək olar ki, əksər ölkələrdə legioner oyunçular var".

Newsport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qareyev mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis məşqçi kimi fəaliyyət göstərdiyi dönəmi xatırlayıb: "Heç vaxt hazır oyunçunu gətirib milliləşdirməmişik. 15-16 yaşlı qızları Ukrayna və Rusiyadan gətirirdik, inkişaf etdirirdik. Uğur qazandığımız vaxtlarda yerli voleybolçularımız da çox idi. Regionlardan da oyunçularımız olub. Türkiyə millisində Melisa Varqas forma geyinir. Legioner gətirməkdən yox, onlardan düzgün istifadə etməkdən danışmaq lazımdır. Bütün komandalar oynayanda meydandakılar önəmli deyil. Oradakı bayraq vacibdir".

AVF rəsmisi Bakıda türk dövlətlərinin də yarışını təşkil etmək istədiklərini və həmin turnirin 2024-cü ildə keçirilə biləcəyini söyləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right