“Sərhədçi” mövsümdə ilk qələbəsini qazandı

Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, turun son matçı Şəki Olimpiya İdman Kompleksində baş tutub.

İlk turda məğlub olan “Sərhədçi” bu dəfə səfərdə “Şəki” ilə qarşılaşıb.

Qonaq komanda rəqibini 81:74 hesabı ilə məğlub edərək, mövsümdə ilk qələbəsini qazanıb.

Görüşün ən məhsuldar basketbolçuları “Şəki”dən Kris Klark (24 xal, 5 ribaund), “Sərhədçi”dən isə Cekson Rid (30 xal, 5 ribaund) olublar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right