“Az qala, başım bədənimdən ayrılacaqdı”

Məlum olduğu kimi, dünən Formula 1 üzrə keçirilən Braziliya qran-prisinin təsnifat mərhələsi yarımçıq dayandırıldı. Bunun da səbəbi havanın kəskin şəkildə dəyişməsi idi.

Güclü qasırğa və yağış yarışın 10 dəqiqə əvvəl bitməsi ilə yekunlaşdı. Qasırğanın fəsadları isə cıddı olub. Tribunalardan birinin damı qoparaq düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Məlumata görə, hadisə son döngənin çıxışında quraşdırılan tribunada baş verib.

“Az qala, başım bədənimdən ayrılacaqdı”, – deyə Formula 1-in tanınmış fotoqraflarından biri Endi Houn sosial şəbəkə hesabında yazıb.

Pilotlardan Maks Ferstappen və Corc Rassel bugünə qədər belə bir hadisənin şahidi olmadıqlarını dilə gətiriblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right