Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışın mükafatçısı oldu

Stolüstü tennisçimiz Mərziyyə Nurmətova Misirin paytaxtı Qahirədə keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində bürünc medal qazanıb.

Newsport.az-ın məlumatına görə, seçmə komandanın məşqçisi Elnur Hidayətzadənin rəhbərliyi ilə yarışa qatılan idmançı qarışıq qoşa turnirdə birgə mübarizə apardığı yəmənli Ebrahim Qurbanla fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Mərziyyə Nurmətova ilə Yağmur Məmmədli sabah şəxsi yarışlarda bacarığını göstərəcək.

Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right