Həbib Nurməhəmmədovdan Fələstinə görə cəzalandırılan futbolçuya dəstək

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov sosial şəbəkədə Fələstini İsraillə münaqişədə dəstəkləyən “Nitsa”nın futbolçusu Yusef Atalı diskvalifikasiya etdiyi üçün Fransa Futbol Federasiyasının rəhbərliyini ələ salan paylaşım edib.

Newsport.az-ın məlumatına görə, Nurməhəmmədov futbolçunun şəklini və alqış emojisini əlavə edərək, “Bu, əsl söz azadlığıdır” yazıb.

Atal bundan əvvəl sosial şəbəkədə yayımladığı İsrail və Qəzza zolağındakı münaqişələr fonunda “Yəhudilər üçün qara gün” çağırışı edən video üçün üzr istəyib. Tezliklə o, postu silib və klub rəhbərliyi növbəti xəbərdarlığa qədər Atalı əsas komandadan uzaqlaşdırmaq qərarına gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right