Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Newsport.az xəbər verir ki, 2 gümüş, 3 bürünc medal qazanan millimiz 87 xalla komanda hesabında dünya 3-cüsü olub. ABŞ (148) birinci, Türkiyə (113) isə ikinci yeri tutub.
Xatırladaq ki, yığmanın tərkibində Zirəddin Bayramovla (65 kq) Əşrəf Aşırov (79 kq) gümüş, Kənan Heybətov (70 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) isə bürünc medal qazanıb.