Kateqoriya: Futzal | Tarix: 19.08.2023 12:00
Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit raundunda səfərdə Rumıniya seçməsinə qarşı keçirəcəyi oyun üçün təyinatlar müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşdə Admir Zahoviç, Aleş Mocnik Peric və Dejan Veselic iş başında olacaq. İtaliyalı Angelo Galante hakim-inspektor, serbiyalı Zoran Dimic UEFA nümayəndəsi kimi təyinat alıb.
Sentyabrın 15-də Romeo Lamandidə oynanılacaq matç saat 19:30-da start götürəcək.