Azərbaycan yığması dünya reytinqində gerilədi

Futzal yığmalarının dünya reytinqi açıqlanıb. Newsport.az saytı xəbər verir ki, Azərbaycan millisi yeni cədvəldə bir pillə geriləyib.
 
Buna səbəb komandamızın ötən ay dünya çempionatının əsas mərhələsindəki nəticələridi. Yunanıstan üzərindəki 5:2 hesablı qələbəyə baxmayaraq, Polşaya uduzan (2:7) yığmamız hazırda siyahının 13-cü pilləsində yer alır.
 
Joze Alesio da Silvanın kollektivinin aktivində 1395 xal var.
 
Reytinqə 1821 xalla Braziliya yığması başçılıq edir. İspaniya (1787) 2-ci, Argentina (1764) isə üçüncü yerdədi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right