Millinin baş məşqçisi U-19-un hazırlığını izlədi

Yanvarın 5-dən Bakıda təlim-məşq toplanışına başlayan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi hazırlığını davam etdirir.
 
Newsport.az xəbər verir ki, gündə iki dəfə əsasən A milli komandanın fiziki hazırlıq üzrə məşqçisi Cordan Da Silvanın rəhbərliyi altında məşq keçən millinin dünənki hazırlıq prosesində əsas millinin baş məşqçisi Joze Alesio Da Silva da iştirak edib.
 
O, futzalçıların taktiki planda müəyyən tapşırıqları yerinə yetirməsini izləyib, onlarla təcrübəsini bölüşüb.
 
Xatırladaq ki, millinin toplanışı yanvarın 15-dək davam edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right