"Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı sonuncu rəqibi də bilindi

Futzal üzrə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Araz Naxçıvan”ın əsas mərhələdəki sonuncu rəqibi də müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, ilkin mərhələnin D qrupunda keçirilən “Minerva” (İsveçrə) – “Loznika Qrad” (Serbiya) matçında qələbə qazanan Serbiya təmsilçisi maksimum xalla birinci yeri tutub və növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Beləliklə 25-30 oktyabr tarixlərində keçiriləcək əsas mərhələnin 5-ci qrupunda “Araz Naxçıvan” “Mostar” (Bosniya və Herseqovina), “Orebro” (İsveç) və “Loznika Qrad” (Serbiya) komandaları ilə qarşılaşacaq. Oyunlar Bosniya və Herseqovinada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right