"Neftçi" və "Araz"dan qələbə

Bu gün futzal üzrə Yüksək Liqada 15-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, turun bütün oyunları “Olimpik Star”da baş tutub.

Əvvəlcə lider “Araz” “Record”la münasibətlərinə aydınlıq gətirib. Naxçıvan təmsilçisi bu oyunda 15 cavabsız qolla qalib gəlib.

Turun mərkəzi oyununda liderin əsas izləyiciləri – EKOL və “Neftçi” üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı oyun “Neftçi”nin qələbəsiylə yekunlaşıb.

“Baku Fire” bu turda “Alyans”la qarşılaşıb. “Baku Fire” da turu 3 xalla qapayıb.

U-19 – “Xilə” oyunu isə nominal qonaqların təyin olunan vaxtda meydana çıxmaması səbəbindən keçirilməyib. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək.

 

Yüksək Liqa, 15-ci tur

5 mart

Record – Araz (Naxçıvan) 0:15
Qol: 
Xətai Bağırov, 2:12; 22:14; 32:12. Fərid Ələkbərov, 8:27. Matin Qahremani, 14:06-öz qapısına. David Qustavo, 16:53; 19:28; 28:11; 36:53. Murilo, 22:37. Felipinyo, 31:42. Maneka, 31:53; 33:00; 34:28.
Hakimlər: Hüseyn Əsgərov, Ceyhun Hüseynov, Xəlil Xəlilov.
Hakim-inspektor: Mehman Mahmudov.
“Olimpik Star”. Saat 13:00.

 

Neftçi İK – EKOL 3:1
Qol: 
Fərid Atakişiyev, 2:48; 39:11. Omid Talebi, 20:26 – Namiq Məmmədkərimov, 9:52-pen.
Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Nail Nağıyev.
Hakim-inspektor: Elçin Səmədli.
“Olimpik Star”. Saat 15:00.

 

Alyans – Baku Fire 3:7
Qol:
 Salar Mollazadeh, 19:35. Nihad Əhmədov, 38:09. Sajjad Amirteimour, 39:25 – Elvin Quliyev, 6:45; 33:56. Tofiq Əliyev, 8:20. Rasif Səfiyarov, 9:28. İbrahim Zeynalov, 20:40. Novruz Ələkbərov, 25:57. Renat Sultanov, 30:45.
Hakimlər: Ziya Nəsirov, Anar Fərəcov, Rza Məmmədov.
Hakim-inspektor: Ramiz Əsədov.
“Olimpik Star”. Saat 17:00.

 

U-19 – Xilə
Hakimlər:
Knyaz Əmiraslanov, Elgün Hüseynov, Nahid Xasıyev.
Hakim-inspektor: Murad Məmmədov.
“Olimpik Star”. Saat 19:00.

 

Xal durumu: Araz – 43, EKOL – 33, Neftçi – 31, Baku Fire – 28, Record – 12, Alyans – 12, U-19 – 10, Xilə – 6.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right