Millimizin oyununda "AFFA istefa" şüarı FOTO

Futzal üzrə Azərbaycan yığmasının Niderlandda təşkil olunan Avropa çempionatında Bosniya və Herseqovinaya qarşı keçirdiyi oyunda AFFA rəhbərliyinin istefası tələb olunub.

 

Newsport.az-ın məlumatına görə, Amsterdamdakı “Ziggo Dome” arenasında baş tutan görüşü canlı izləyən azərbaycanlı azarkeşlər tribunadan “AFFA istefa” sözlərinin yazıldığı plakat asıblar.

 

Qeyd edək ki, qarşılaşma milli komandamızın 4:2 hesablı qələbəsiylə başa çatıb. Bu nəticəyə baxmayaraq yığmamız Avropa çempionatında mübarizəni dayandırıb.

 

Bir 1 kişi görseli olabilir





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right