Millinin baş məşqçisi: "Rəqibin zəif cəhətindən istifadə etməyə çalışacağıq"

"Vacib oyundur və bizi ağır görüş gözləyir".

Newsport.az məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Niderlandda təşkil olunan Avropa çempionatında Bosniya və Herseqovina yığmasına qarşı keçirəcəkləri D qrupunun sonuncu - III tur matçından öncə mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis rəqibin 2 oyununu izlədiyini bildirib: "Təşkilatlanmış komandadır. Əlbəttə, bizim üçün çətin bir duel olacaq. Amma əlimizdən gələni edəcəyik. Onlar hər iki oyunda yenilsələr də, yaxşı çıxış etdilər. Nəticə qazanmaq istəyiriksə, mütləq intizamlı, istəkli oynamalıyıq. Yəni, İspaniya millisi ilə matçdakı kimi mübarizə aparmalıyıq".

Baş məşqçi heyətdə müəyyən dəyişiklik edəcəyini söyləyib: "Rəqibin zəif cəhəti odur ki, kompakt oynamırlar. Biz də çalışacağıq ki, bundan istifadə edək. Yenə deyirəm, ispanlara qarşı necə oynamışıqsa, futzalçılarımdan həmin oyunu, əzmkarlığı, iradəni gözləyirəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right