Kateqoriya: Futzal | Tarix: 27.01.2022 10:08
“Uşaqlarla hər gün danışırdıq ki, istənilən komandaya qarşı oynamaq olar ki, bu gün də bunu sübut etdik. Bu qarşılaşmadakı motivasiya, konsentrasiya və intizamla Azərbaycan yığması istənilən rəqiblə oynaya bilər".
Newsport.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda İspaniya ilə 2:2 hesablı heç-heçə etdikləri oyunundan sonra mətbuat konfransında deyib.
Braziliyalı mütəxəssis qrupdan çıxmaq ümidlərini itirmədiklərini bildirib: "İspaniya ilə görüşdə futzalçılar bacarıqlarını ən yaxşı şəkildə ortaya qoydular. Düzdür, onlar matçın favoriti hesab edilirdilər, amma nəticəni sensasiya hesab etmirəm. Hətta qələbə qazanmaq üçün imkanımız oldu. Bugünkü görüşdə az səhvə yol verdik. Oyun intizamından qopmadıq və öz oyunumuzu nümayiş etdirdik.
Az da olsa, qrupdan çıxmaq şansımız qalıb. Bosniya və Herseqovaniya qarşı yaxşı hazırlaşıb lazımi nəticəni qazanmağa çalışacağıq”.