Millimizin üzvü koronavirusdan sağaldı

Yanvarın 16-da Belçikada COVİD-19 testi pozitiv nəticələnən futzal üzrə Azərbaycan millisinin üzvü Eduardo Borges dünən növbəti dəfə test verib.

Newsport.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki,  müdafiəçinin testi bu dəfə neqativ olub.

Borges bu gün Belçikadan Niderlanda yollanaraq komandaya qosulub. Bir gün əvvəl heyətə cəlb edilən Hadi Ahmadi də artıq millinin Qroningendəki düşərgəsindədir.

Qeyd edək ki, Avropa çempionatının D qrupunda qərarlaşan millimiz yanvarın 22-də Gürcüstan, 26-da İspaniya, 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq. Turnir Niderlandda keçirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right