Kateqoriya: Futzal | Tarix: 19.01.2022 15:00
Azərbaycan millisinin veteran futzalçısı Vitali Borisov Sportal.az saytına açıqlama verib.
Newsport.az-ın məlumatına görə, Yığma komandamızda kapitanlıq sarğısı daşımış Borisov bu gün Niderlandda start götürəcək futzal üzrə Avropa çempionatında çıxış edəcək Azərbaycan millisinin şanslarını dəyərlənidirib:
“Millimiz çətin qrupdadı. 1-ci oyundan çox şey asılıdı. Gürcüstan millisinin heyətində 6 braziliyalı var. İspaniyanı isə favorit hesab edirəm. Bosniya və Herseqovina qrupdakı ən zəif komandadı. İlk matçda şanslar 50/50-di. Həm qrupun, həm də turnirin favorit İspaniya millisidi”.
"Azərbaycan millisinin çempion olması realdı. Amma bunu etmək çətin olacaq. İstənilən halda, millimizə uğurlar arzu edirəm" – deyə, Vitali Borisov fikirlərini yekunlaşdırıb.