Çempionlar Liqasındakı təmsilçimizin heyətində dəyişiklik

Çempionlar Liqasının əsas mərhələsindəki təmsilçimiz “Araz-Naxçıvan”ın heyətində dəyişiklik edilib.

Newsport.az AFF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yüksək Liqanın 4-cü turu çərçivəsində keçirilmiş “Xilə” ilə oyunda zədələnərək meydanı erkən tərk edən İsaq Suğalının zədəsi ciddi olduğu üçün futzalçı heyətdən kənarlaşdırılıb. Onu Tofiq Mikayılov əvəzləyəcək.

Rizvan Fərzəliyev də zədəli olduğuna görə komanda ilə birlikdə səfərə çıxa bilməyəcək.

​Təmsilçimiz səfərə bu heyətlə yollanacaq: Rövşən Hüseynov, Emin Kürdov, Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocaei, Maneka, Felipinyo, David Qustavo, Murilo Borges, Tofiq Mikayılov.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right