Yüksək Liqada IV turun oyunları keçirilir

Bu gün futzal üzrə Yüksək Liqada IV turun oyunları keçirilir. Newsport.az xəbər verir ki, lider EKOL medallara iddialı “Baku Fire” ilə üz-üzə gələcək. Sırf yerli və təcrübəli futzalçılardan qurulmuş komandaların dueli kifayət qədər maraqlı alınacaq.
 
Mövsümə yaxşı başlamayan və keçirdiyi 3 oyundan yalnız birində qələbə qazanan “Neftçi” isə əsasən legionerlərdən ibarət “Record club.az”la qarşılaşacaq. Mövsümün xal qazana bilməyən iki debütantının oyunu da maraqlı olacaq.
 
Son çempion “Araz” (Naxçıvan) isə UEFA Çempionlar Liqası öncəsi “Xilə”ni sınağa çəkəcək. Bütün oyunlar “Olimpik Star”da keçiriləcək və azarkeşlər üçün qapalıdır.
 
Yüksək Liqa
IV tur
22 oktyabr
 
Record club.az – Neftçi İK İB
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Nail Nağıyev.
Hakim-inspektor: Azər Əsgərov.
Olimpik Star. Saat 12:00.
 
Alyans (Lənkəran) – U-19
Hakimlər: Etibar Həsənov, Mahir Məmmədov, Vüsal Balaşov
Hakim-inspektor: Füzuli Nəcəfov.
Olimpik Star. Saat 14:15.
 
Baku Fire – EKOL
Hakimlər: Nail Nağıyev, Ziya Nəsirov, Əli Cəbrayılov.
Hakim-inspektor: Mehman Mahmudov.
Olimpik Star. Saat 16:15.
 
Araz – Xilə
Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Hüseyn Əsgərov.
Hakim-inspektor: Azad Hüseynov.
Olimpik Star. Saat 18:15.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right