Azərbaycan klubunun kapitanı Lusioya şərik çıxdı

Çempionlar Liqasının ilkin mərhələsində bu gün son oyununu keçirən “Araz-Naxçıvan”ın kapitanı Rizvan Fərzəliyev Avropa rekordunu təkrarlayıb.

Newsport.az-ın məlumatına görə, futzalçımız Lusionun rekorduna təkrarlamaqla yadda qalıb.

Həm də millimizin kapitanı olan Fərzəliyev Latviya çempionu “Raba” ilə dueldə 69-cu dəfə klub səviyyəsində beynəlxalq rəsmi görüş keçirib. O, ilk dəfə 6 oktyabr 2003-cü ildə bu turnirin keçmiş adı – UEFA Kubokunda debüt edib.

Həmin vaxt kapitan AMMK-nın heyətində yer alıb. UEFA-nın rəsmi səhifəsi də Rizvanın Lusionun 69 oyunluq rekordunu təkrarladığını qeyd edib.

“Araz-Naxçıvan” bu qarşılaşmada 8:4 hesablı qələbə qazanıb.

    

 

 
 

 

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right