“Araz” mübarizəyə hansı mərhələdən başlayacaq?

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” klubu mübarizəyə ilkin mərhələdən başlayacaq.

Newsport.az xəbər verir ki, UEFA-nın bu gün açıqladığı ilkin mərhələdə iştirak edəcək klubların siyahısında təmsilçimizin də adı yer alıb.

Əsas mərhələyə vəsiqə uğrunda 32 komanda gücünü sınayacaq. İlkin mərhələnin püşkü iyulun 7-də, saat 17:00-da atılacaq. Oyunlar isə avqustun 20-dən 25-dək keçiriləcək. Reqlamentə əsasən, komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupda mübarizə aparacaq. Yalnız qrup qalibləri və ikinci pilləni tutmuş ən yaxşı göstəriciyə malik bir komanda (ümumilikdə 9 komanda) əsas mərhələyə vəsiqə qazanacaq və 23 komandaya qoşulacaq. Əsas mərhələnin püşkü isə avqustun 30-da atılacaq. Oyunlar bu il oktyabrın 26-dan 31-dək keçiriləcək. Ümumilikdə isə bu ilki Çempionlar Liqasında 51 federasiyadan 55 klub qatılacaq.

İlkin mərhələdə iştirak edəcək 32 komanda aşağıda adları qeyd olunanlardır:

"Luxol St. Andreus Futsal" (Malta), Veilimdorf (Almaniya), "Araz-Naxçıvan" (Azərbaycan), APOEL (Kipr), "JB Futsal Gentofte" (Danimarka), "Haladas VSE" (Macarıstan), "Futsal Mineva" (İsveçrə), "KMF FON" (Serbiya), "Kampuksen Dinamo" (Finlandiya), "Liqeni" (Kosovo), "MFC CIU" (Gürcüstan), "Differdange" (Lüksembruq), "Proekt" (Şimali Makedoniya), "Doukas" (Yunanıstan), "Dinamo Plus" (Moldova), "SMS Vimsi" (Estoniya), "Hammarby" (İsveç), "London Helvecia" (İngiltərə), "Raba" (Latviya), "Varna City" (Bolqarıstan), "KF Tirana" (Albaniya), "Diamant Linz" (Avstriya), "Blue Magic FC Dublin" (İrlandiya), "Dolphins Aşdod" (İsrail), "Utleira İdrettslag" (Norveç), "Tavşançalı" (Türkiyə), "Cefn Druids" (Uels), "Europa" (Cəbəllütarıq), "Titograd" (Monteneqro), "Sparta Belfast "(Şimali İrlandiya), "Fiorentino" (San Marino), "Encamp" (Andorra)





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah