“Vacib olan qələbə qazanmaq idi, onu da bacardıq”

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirən Azərbaycan millisi Yunanıstan futzalçıları ilə qarşılaşıb.
 
Newsport.az xəbər verir ki, Bakı İdman Sarayımnda keçirilmiş oyun komandamızın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Qitə birinciliyinin final mərhələsinə qrup qalibi kimi vəsiqə qazanan millimizin hücumçusu Xətai Bağırov oyundan sonra federasiyanın rəsmi saytına açıqlama verib:
 
“Qrupda sonuncu oyunumuz idi. Buna qədər işimizin öhdəsindən gəlmişdik. Çalışdıq ki, bu qarşılaşmada da maksimum nəticə qazanaq. Bunu bacardıq. Vacib məqam bu cür çətinliyə rəğmən qarşıya qoyulan məqsədə nail olmağımız idi. Bilirsiniz ki, pandemiya ilə əlaqədar 10 ay idi idman zalında məşq etmirdik, heç bir oyunda iştirak etmirdik. Rəsmi matçlardan əvvəl bir dənə yoldaşlıq görüşü keçirmədik. Bu qədər çatışmazlığa rəğmən tez toparlandıq, ardıcıl qələbələr qazandıq”.
 
Təcrübəli futzalçı oyun zamanı rəqib qapıçı ilə üzbəüz qaldığı epizodda qol vurmaq əvəzinə ötürmə verməsinə də aydınlıq gətirib: “Fikirləşdim ki, Fineo məndən daha yaxşı mövqedədir. Ona ötürmə etsəm, qol vurmaq imkanı daha yaxşıdı. Həmin anda o da nəsə fikirləşdi, zərbə vurmaq əvəzinə aldatmağa çalışdı. Əslində, özüm vurmalı idim. Vacib olan qələbə qazanmaq idi, onu da bacardıq”.
 
Hücumçu yekunda millimizin yer aldğı qrupla bağlı bunları deyib: “Əsas rəqiblərimiz Slovakiya və Moldova yığmaları idi. Hər iki rəqibi yaxşı analiz etdik, oyunlara hazırlaşdıq. Qazandığımız nəticə hər şeyi düzgün etdiyimizi göstərir”.
 
   




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah