Operativ Qərargah millinin məşq etməsinə icazə verdi

Futzal üzrə Azərbaycan millisi ölkədə tətbiq olunan xüsusi karantin rejiminə baxmayaraq, Avropa çempionatının seçmə mərhələsinin Slovakiya və Yunanıstanla oyunlarına hazırlaşa biləcək.

 

Newsport.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov məlumat yayıb.

 

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah yığmanın zalda məşq etməsinə icazə verib.

 

Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv aprelin 8-də səfərdə Slovakiya, 6 gün sonra isə Bakıda Yunanıstanla qarşılaşacaq. Komandamız əvvəlki oyunlarından maksimum nəticə ilə ayrılıb və artıq qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right