“Biz onlardan daha yaxşı komandayıq” - Millimizin hücumçusu

"Qələbə münasibəti ilə komandamızı təbrik edirəm. Çox çətin oyun oldu. Əslində belə olacağını da gözləyirdik. Çünki ilk matçlar hər zaman çətin keçir. Həm də rəqibimiz yaxşı komandadır”.

Newsport.az-ın məlumatına görə, bu sözləri futzal millimizin hücumçusu Bolinya Avropa çempionatının seçmə mərhələsində Slovakiyaya 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
 
Xüsusilə də birinci hissədə çoxsaylı qol epizodlarını qaçırdıqlarını qeyd edən futzalçı son 3 dəqiqənin həlledici olduğunu deyib: “Oyun ərzində çoxsaylı qol epizodu yaratdıq. Əsas da birinci hissədə, amma reallaşdıra bilmirdik. Sona 3 dəqiqə qalmış demək olar, işimizin öhdəsindən gəldik. Əvvəlcə Qalo hesabda üstünlük qazandırdı, ardınca Xətai və İsa qələbəni təmin etdi. Uşaqlar rəqib 5 futzalçı ilə oynayan zaman müdafiədə yaxşı dayandılar”.
 
Bolinya fevralın 2-də Yunanıstanla keçiriləcək oyuna da toxunub:  “Yunanıstanla oyunumuz da çətin keçəcək. Çünki doğma meydanda oynamayacağıq. Amma qazandığımız qələbə komandada ruh yüksəkliyi yaradıb”.
 
O, Moldova - Yunanıstan duelini izlədiyini, matçın çətin keçəcəyini söyləyib: “Yunanıstanın Moldova ilə matçını izlədim. Fikrimcə, futzalda zəif, pis rəqib olmur. Üstəlik, onların meydanında oynayacağıq. Bundan başqa, rəqib ilk oyunda məğlub olduğuna görə sərt çıxış edəcək. Yaxşı hazırlaşacağıq. Əlbəttə, hər iki komandanı tərəzinin gözünə qoysaq, biz onlardan daha yaxşıyıq. Səfərə ancaq qələbə qazanmaq üçün yollanacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right