"Araz" Çempionlar Liqası ilə vidalaşdı Yenilənib

Bu gün Azərbaycan çempionu "Araz" futzal üzrə Çempionlar Liqasında mübarizəyə start verib.

Newsport.az-ın məlumatına görə, təmsilçimiz ilkin mərhələdə Yunanıstanda AEK-lə qarşılaşıb. Afinada keçirilən matç 3:3 hesabı ilə başa çatıb. Beləliklə, qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. AEK "Araz"ı üstələyib- 4:3.

Bununla da Azərbaycan təmsilçisi turnirlə erkən vidalaşmalı olub. Yunanıstan klubu isə 1/16 finala vəsiqə əldə edib.

28 noyabr

Çempionlar Liqasının ilkin mərhələsi

16:30. AEK (Yunanıstan) - "Araz" (Azərbaycan) - 3:3
Qollar:
 Manos Hadyidrodis, 1 (1:0), Panu Autio, 20 (2:0), Rizvan Fərzəliyev, 24 (2:1), Panu Autio, 28 (3:2), Xətai Bağırov, 33 (3:2), Ramiz Çovdarov, 337 (3:3)
Qırmızı vərəqə: Fineo, 29 (Azərbaycan)
Hakimlər: Karl Hyuz, Valentin Syuplea, Konstantinos Farmakis
Afina, "Dias Sports Hall"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right