"Oğlum üçün təhlükə yaratmayacağam" Kapitan məşqə çıxmaqdan imtina etdi

"Uotford"un kapitanı Troy Dini klubunun bu gün başlayacaq məşqində iştirak etməkdən imtina edib.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə 31 yaşlı hücumçu özü məlumat verib.  5 aylıq körpəsinin nəfəs almaqla bağlı problem yaşadığını deyən ingilis oyunçu koronavirusun yayılması təhlükəsi səbəbindən bu addımı atdığını söyləyib:

"Bu həftə məşqə başlayacağımızı bildirdilər. Mən məşqlərdə iştirak etməyəcəyimi klub rəhbərliyinə çatdırdım. Bir nəfərin belə koronavirus olması mənim o pandemiyanı  evimə aparmağıma kifayət edəcək. Oğlum üçün təhlükə yaratmayacağam. Bunu məndən istəyə bilməzlər."

Onun sözlərinə görə, koronavirusun yayılmasını qarşısını almaq məqsədi ilə yeni qaydalara əsasən, məşqlərdən sonra klubun bazasında paltarlarını dəyişə bilməyəcəklər:  "Eyni çirkli paltarlarla evə gedəcəyik. Oğlum və həyat yoldaşımın olduğu evə bəlkə də virusa yoluxmuş paltarla daxil olacağam. Ailəmi qorumaq, qazanacağım puldan daha vacibdir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right