Yüksək Liqada 2-ci dövrəyə yekun vuruldu

Bu gün Yüksək Liqada XVIII turun oyunları keçirildi.

 

Newsport.az-ın məlumatına görə, ikinci dövrənin son turunun açılış matçı maraqlı alındı. Düzdü, EKOL cütün favoriti hesab edilsə də, “Xızı Futzal” kifayət qədər müqavimət göstərdi. İlk qolu “yaşıllar” vurdu. Samir Həmzəyevin qazandırdığı üstünlük 2 dəqiqə çəkdi. Əvəzində Xəyal və Fərid rəqib torunu silkələməklə hesabı komandasının xeyrinə dəyişdi. Fasiləyə 59 saniyə qalmış isə Faiq tablodakı rəqəmləri bərabərləşdirdi. Buna qədər Radiklə Oqtay qapı tirini nişan almışdı.

 

İkinci hissəyə isə “Xızı Futzal” qolla başladı. Bu dəfə Xəyal Quliyev cərimə zərbəsini birbaşa qapıya istiqamətləndirdi ki, bu zaman İntiqam Babayevin inamsız oyunu topun tora daxil olması ilə nəticələndi. Faiq Əliyev növbəti dəfə status-kvonu bərpa etdikdən sonra komandalar hərəyə bir penaltidən qol sevinci yaşadı. EKOL-a 3 xal qazandıran qol isə matçın başa çatmasına 27 saniyə qalmış vuruldu. Turun ikinci oyunu məhsuldar alındı. Artıq 1 dəqiqənin tamamında “Marafon” rəqibini iki dəfə meydanın mərkəzinə dəvət etmişdi. Fasiləyə qədər 5 cavabsız top vuran Elşad Quliyevin drujinası ikinci hissədə də üstünlüyünü əldən vermədi.

 

Növbəti dueldə “Baku Fire” ilk hücumdaca hesabı aça bilərdi. Renatın ötürməsini Tahir qapı çatına vurdu. “Bakı” Məhəmməd Bədəlbəyli ilə buna qarşılıq verdi. Bu dəfə qapıçı hesabın açılmasına imkan vermədi. Bununl belə, Bədəlbəyli istəyinə çatdı. Ancaq onun qazandırdığı üstünlük 1 dəqiqə çəkmədi, Renat status-kvonu bərpa etdi. Daha sonra Rasif Səfiyarov dubl etməklə 2 topluq fərq yaratdı. İkinci hissədə “Bakı” TFK daha çox qol vursa da, qələbəni nominal qonaqlar qazandı.

 

“Premier” (Quba) oyuna gəlmədiyinə görə, “Neftçi” ilə qarşılaşma haqda İntizam Komitəsi qərar verəcək. Turun son oyunu liderin böyükhesablı qələbəsi ilə yekunlaşdı.

 

Yüksək Liqada XIX turun oyunları martın 9-da “Olimpik Star”da keçiriləcək.

 

12:00 Xızı Futzal – EKOL – 5:6
Qollar
: Xəyal Quliyev, 05:36, 21:15, 31:58, Fərid Abbaslı, 15:52, Şahin Əliyev, 27:20 (pen.) // Samir Həmzəyev, 03:23, Faiq Əliyev, 19:01, 26:30, Oktay Rüstəmli, 27:49 (pen.), 34:05, Əsgər Abasov, 39:33

 

14:00 Yasamal İSK – Marafon – 1:9
Qollar
: Almurad Həsənəliyev, 36:05 // Vitali Borisov, 0:37, 0:50, 12:46, Şahab Şahnazian, 02:36, Tofiq Məlikov, 19:22, 29:06, Majid Khazaei, 28:51, Elşən İbrahimxəlilov, 32:01, Sərxan Məstiyev, 39:40

 

16:00 Bakı TFK – Baku Fire – 5:6
Qollar
: Məhəmməd Bədəlbəyli, 02:45, 19:42, İlham Allahverdiyev, 25:33, 28:32, Tofiq Əliyev, 38:15 // Renat Sultanov, 03:17, 28:45, Rasif Səfiyarov, 09:36, 14:36, Asif Zeynalov, 32:48, 39:43

 

18:30 Araz – Record club – 8:2
Qollar
: Murilo Borges Souza, 04:23, Hadi Əhmədi, 08:10, Ramiz Çovdarov, 10:39, Xətai Bağırov, 14:08, 17:23, 27:15, 38:06, Sunay Həsənov, 31:09 // Matin Gahramani, 31:42, Babakhani Chiya, 34:16.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right