Kateqoriya: Futzal | Tarix: 20.02.2020 09:54
Bu gün futzal üzrə Yüksək Liqada XV turun oyunları keçiriləcək. Newsport.az xəbər verir ki, qış fasiləsindən sonra başlayacaq ilk tura saat 12:00-da start veriləcək və 5 görüş oynanacaq.
Lider “Araz”la ən yaxın izləyicisi “Marafon” isə saat 16:00-da üz-üzə gələcək. Turun son matçının start fiti isə saat 20:00-da səsləndiriləcək.
20 fevral
“Premier” (Quba) – “Xızı Futzal”
Hakimlər: Rahin Heybətov, Mahir Məmmədov, Xəlil Xəlilov
“Neftçi İK” – “Baku TFK”
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Fuad Həsənov
“Marafon FK” – “Araz”
Hakimlər: Hikmət Qafarlı, Mehman Mahmudov, Knyaz Əmiraslanov