Kateqoriya: Futzal | Tarix: 04.02.2020 16:30
AFFA İntizam Komitəsi 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimovu cəzalandırıb.
Newsport.az-ın məlumatına görə, buna səbəb mütəxəssisin 1-ci liqada “Rayyan”la qarşılaşmada öz oyunçularını təhqir etməsi olub. Buna görə texniki zonadan kənarlaşdırılan Əzimov 5 oyunluq cəzalanıb.