Joze Alesio: "Oyunçuların qələbə istəyinin çox olması buna imkan vermədi"

komandasının baş məşqçisi Joze Alesio Da Silva DÇ-2020-nin elit-raund mərhələsində Slovakiya yığmasına qarşı keçirilmiş oyunu şərh edib.

Braziliyalı mütəxəssis 3:3 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

“Qələbə qazanmağı çox istəyirdik. Bunun üçün böyük şansımız da var idi. Rəqib qapısı qarşısında çoxsaylı qol epizodları yaratdıq. Bundan istifadə etməyəndə, qələbə də qazana bilmirsən. Təəssüf ki, biz də “çərçivə”yə düşməkdə çətinlik çəkdik. Hesabda önə keçən zaman oyunçularıma sakitləşməyi, rəqibin artıq yorulduğunu, tədricən boşluqlara yol verəcəyini dedim. Amma oyunçularımın qələbə istəyinin çox olması buna imkan vermədi. Bunu intizamsızlıq kimi dəyərləndirməzdim. Sadəcə, istəyin həddindən çox olması dayanmadan hücumlar qurmağa səbəb oldu ki, rəqib də bizi bu vaxt əks-hücumlarda yaxaladı, əvvəlcə hesabı bərabərləşdirdi, ardınca isə vəziyyəti xeyrinə dəyişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right