Milli üzvü İspaniya klubunda

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Rafael Vilela (Karvalho dos Santos) özünə yeni komanda tapıb.

 

Newsport.az xəbər verir ki, braziliyalı hücumçu karyerasını İspaniyanın "Palma Futsal" komandasında davam etdirəcək. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Rafael Vilela 2017-ci ildə İranın İsfahan şəhərində təşkil olunmuş beynəlxalq turnirdə Azərbaycan millisnin heyətində çıxış edib.

 

Vilela Yüksək Liqanın 2017/18-ci il mövsümünün yarısını "Araz"ın heyətində keçirib, UEFA kubokunda iştirak edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah