Joze Alesio: "Bu qarşılaşma əvvəl keçirdiyimiz oyunlara bənzəmədi"

DÇ-2020-nin əsas mərhələsi çərçivəsində bu gün keçirilmiş Slovakiya – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.

 

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin braziliyalı çalışdırıcısı Joze Alesio Da Silva 2:0 hesablı qələbəni şərh edib:
 

“Komandamın bu gün nümayiş etdirdiyi oyundan razı qaldım. Bu qarşılaşma əvvəl keçirdiyimiz oyunlara bənzəmədi. Onlar istədiyimi meydanda reallaşdıra bildilər. Birinci hissədə yaratdığımız qol epizodlarını reallaşdıra bilmədik. Fasilədə oyunçulara dedim ki, sakit olun, qol vuracağıq. Rəqibin real qol epizodları az oldu. Əvvəlki oyunlara baxıb, komandamızın yaxşı çıxış etmədiyini deyirdilər. Slovakiya ilə görüşdə bunun düzgün fikir olmadığını göstərdik.  

 

Qarşıda elit-raund mərhələsi var. Həmin oyunlara qədər zədəli futzalçılarımızın sağalıb, bizə qoşulacağına ümid edirik. Əlbəttə, arzulamadığımız rəqiblər də var. Digər tərəfdən bu gün futzalda zəif komanda yoxdur. Əvvəl iddialı komandaların 20 qol vurduğu yığmalar bu gün rəqiblərinə ciddi müqavimət göstərirlər”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right