Millimiz elit-raundda

Futzal üzrə Azərbaycan millisi DÇ-2020-nin seçmə qrup mərhələsində bu gün ikinci oyununa çıxıb.

Joze Alesio da Silvanın başçılıq etdiyi yığma ilk turda Slovakiyaya 0:5 hesabı ilə məğlub olmuş Monteneqronu sınağa çəkib. Qrupun ilk oyununda Moldovaya qalib gələn (3:1) Azərbaycan millisi bu görüşdə də rəqibini məğlub edib - 3:2. Yığma bu nəticədən sonra Slovakiya ilə birlikdə elit-raunda vəsiqəni vaxtından əvvəl təmin edib.

Qrupun digər oyununda isə Slovakiya ilə Moldova üz-üzə gəlib. 11 qolun vurulduğu matçda slovakiyalılar inamlı qələbə qazanıblar - 7:4.

Milli əsas mərhələdə son oyununu oktyabrın 26-da Slovakiyaya qarşı keçirəcək.

DÇ-2020. Qrup mərhələsi
II tur
24 oktyabr

Azərbaycan - Monteneqro - 3:2
Qollar:
 Bolinya, 5, Ramiz Çovdarov, 22, Əmir Şocaiyi, 34 - Petrar Peroşeviç, 8, Aleksandr Obradoviç, 10





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right