Joze Alesio: "30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım"

UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilmiş “Xerson” (Ukrayna) – “Araz” (Azərbaycan) oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.

 

Newsport.az-ın məlumatına görə, "Araz"ın çalışdırıcısı Joze Alesio Da Silva 3:8 hesablı məğlubiyyəti şərh edib:

 

“Bu heyət, bu gün meydana çıxan uşaqlar qəhrəmandırlar. Dörd gün ərzində 3 ağır oyun keçirmək, hesabdan asılı olmayaraq, sona qədər vuruşmaq, mübarizə aparmaq çox çətindir. Bunu rəqib məşqçilər də deyir. Hətta bu gün əsas yük 5 oyunçunun üzərinə düşdü. Nihad İsmayılovun zədəsi var və onu meydanda az saxladım. Fiziki cəhətdən çox çətindir. Real danışsaq, hazırkı vəziyyətdən daha yaxşısını etmək heç kimə asan görünməsin. İnanın, 30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım”.

 

Xavi Rodriqes Nebreda (“Xerson”un baş məşqçi): “Oyun bizim üçün əhəmiyyətli idi. Fərqli hesabla qazanmalı idik ki, birinci yeri tutmaq şansımız olsun. Buna nə dərəcədə nail olub-olmayacağımızı “Benfika” – “Halle Gooik” oyunundan sonra biləcəyik. Ancaq sona qədər döyüşdük. Rəqibimiz də pis oynamadı. Xüsusilə də birinci hissədə onların müqavimətini qırmaq çox çətin oldu. “Araz”a hörmətlə yanaşırıq. Futzalda sözünü demiş, hörmət olunacaq rəqibdir. Onlar 6 oyunçu ilə 120 dəqiqə mübarizə apardılar. Bu futzalda asan iş deyil. Hər birinin əməyinə hörmətlə yanaşırıq. İlk dəfə mərhələ adladıq, buna görə şadıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right