“Araz”da ÇL öncəsi viza şoku: 4 oyunçu Belçikaya buraxılmadı

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz” bu gün ilk oyununu keçirəcək. 

Newsport.az xəbər verir ki, təmsilçimiz “De Bres Arena”da Bakı vaxtı ilə 22:30-da Belçika çempionu “Halle Gooik”lə üz-üzə gələcək. 

Komandamız oyuna itkilərlə çıxacaq. Belə ki, Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocaye viza ala bilmədiklərinə görə, komanda ilə birgə Belçikaya səfər edə bilməyib. Çətin durumla üzləşən təmsilçimiz 8 futzalçı ilə mübarizə aparacaq.

22:30. “Araz” - “Halle Gooik” (Belçika)
9 oktyabr. Halle şəhəri. De Bres Arena. 
Hakimlər: Nikola Jelic (Xorvatiya),  Damian Jaruchievicz (Polşa), Viktor Bugenko (Moldova).
Hakim-inspektor: Silvo Borosak (Sloveniya).
UEFA nümayəndəsi: Serjio Lopez-Andujar Alonso (İspaniya).

Qapıçılar: 12. Rövşən Hüseynli, 19. Vladislav Reznov;
Oyunçular: 15. Hadi Ahmadi, 17. İsa Atayev, 11. Xətai Bağırov, 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 10. Nihad İsmayılov, 9. Hadi Rezvan, 3. Vahid Şəfiei, 13. Amir Şocaye.
Baş məşqçi: Joze Alesio Da Silva.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right