Kateqoriya: Futzal | Tarix: 23.04.2019 09:32
Futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin oyunlarının tarixləri açıqlanıb.
Newsport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yarımfinal qarşılaşmaları mayın 8-də və 11-də keçiriləcək.
Əgər bu iki oyunda cütün qalibi müəyyənləşməsə (reqlamentə görə yarımfinal oyunlarında 2 qələbə qazanacaq komandalar finalda, məğlublar isə üçüncü yer uğrunda oyunda qarşılaşacaqlar), üçüncü pley-off görüşləri mayın 14-nə təyin olunacaq.
Final və üçüncü yer uğrunda oyun isə mayın 17-də keçiriləcək. Azərbaycan kubokunun qalibini müəyyənləşdirəcək matçın tarixi də dəqiqləşib.
Ölkə kubokunun finalı mayın 23-də keçiriləcək. Buna qədər isə yarımfinal matçları təşkil ediləcək.
Bu mərhələnin qarşılaşmaları mayın 20-ə təyin olunub. Bütün oyunların Bakı İdman Sarayında keçiriləcəyi planlaşdırılır.